585856 Vremenniy gospitaly GKB 24 dlya bolynih covid 19 na VDNH Moskva probirka analiz krovy na analiz test vrach bolynitsa medik covid19 test na covid19 koronavirus siz covid 955x507 5500.2924.0.55

2024-cü ilin əvvəlindən bəri 16 Afrika ölkəsində meymunçiçəyi virusu yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa məlumat verib.

O, 2024-cü ildə meymunçiçəyi infeksiyalarına yoluxmanın keçən illə müqayisədə 160 faiz artdığını deyib.

“Bu həftə daha üç ölkə mümkün hallar barədə məlumat verib və beləliklə, virusun yayıldığı dövlətlərin sayı 16-ya çatıb”

Qeyd edək ki, cari ilin əvvəlindən bəri Afrika Birliyinə üzv olan 13 ölkədə meymunçiçəyi xəstəliyinə 17 541 yoluxma və 517 ölüm hadisəsi qeydə alınmışdı. 2 822 nəfərdə yoluxma təsdiqlənmiş, 14 719 şübhəli olaraq qeydə alınıb.

Paylaş: