qumbara 1

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayışla bağlı məlumat yayıb.

Bu barədə Globalinfo.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib:

“Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb. Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır”, – deyə məlumatda qeyd edilib.

***11:52

Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb, araşdırma aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

X X X

Sumqayıtda baş verən partlayışla bağlı yeni təfərrüatlar məlum olub.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, hadisə şəhərin 8-ci mikrorayon ərazisindəki evlərdən birində baş verib.

Belə ki, orada yaşayan, 1958-ci il təvəllüdlü Turxin Valentinoviçin əlində qumbara partlayıb.

Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Bu barədə hüquq-mühafizə orqanlıarına məlumat daxil olan kimi əraziyə əməliyyat qrupu çıxıb.

Hazırda polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.

***11:23

Sumqayıtda partlayış olub.

Globalinfo.az bildirir ki, hadisə yaşayış binasında qeydə alınıb.

Orada olan bir nəfərin əlində partlayıcının partladığı və həmin həmin şəxsin öldüyü bildirilir.

Paylaş: