221130 antony blinken jm 0942 fa0d30

ABŞ dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Yoav Qalant ilə telefon danışığı aparıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Onun sözlərinə görə, tərəflər regionda gərginliyi azaltmaq üçün atılan addımları müzakirə ediblər.

Dövlət katibi ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib və qeyd edib ki, eskalasiya heç bir tərəfin maraqlarına uyğun deyil.Nazir geniş regional sabitliyə şərait yaradacaq atəşkəsə nail olunmasının təcili zəruriliyini qeyd edib.

Paylaş: