avropa birliyi 1

Artan etirazlar fonunda ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanı aksiyaların keçirildiyi şəhərlərə göndərilməsi barədə qərar qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Milli Qvardiya qüvəvləri Los-Anceles, Vaşinqton, Memfis və Çikaqo şəhərlərinə, yaxın günlərdə isə Portləndə göndəriləcək.

Hazırda Milli Qvardiya qüvvələri yalnız Vaşinqtonda yerləşdirilib. Bunun səbəbi isə Demokratların idarə etdiyi ştatların, o cümlədən İllinoys ştatının, bu qərarın dayandırılması üçün məhkəməyə müraciət etməsidir.

***22:51

ABŞ-da etiraz aksiyalarının miqyası genişlənir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nyu-Yorkla yanaşı hazırda Vaşinqton, Boston, Texas, Çikaqo kimi şəhərlərdə də minlərlə etirazçı meydanlara toplaşıb.

Bundan başqa, London, Berlin və Madrid şəhərlərində ABŞ səfirliyinin qarşısında və ya yaxınlığında da aksiyalar təşkil edilib.

***20:50

Nyu-Yorkda sosial ədalətsizlik və avtoritarizmə qarşı yürüş keçirilir.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, yürüş “Krallara yox” (“No Kings”) hərəkatı tərəfindən təşkil edilib.

Etirazçılar “Taxt-taca yox, krala yox” şüarı səsləndirib, insanları sosial ədalətsizliyə qarşı birgə hərəkətə çağırıb.

Qeyd edək ki, sözügedən hərəkat Trampın miqrasiya, səhiyyə, təhsil və ətraf mühitlə bağlı siyasətlərinə qarşı çıxır.

Hərəkatın təşkilatçıları 2600-dən çox yürüşün baş tutacağını gözlədiklərini bildiriblər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: