Paris-2024: azərbaycanlı hakim final görüşünü idarə etdi – FOTOLAR

Paris-2024: azərbaycanlı hakim final görüşünü idarə etdi - FOTOLAR

Paris-2024 Yay Olimpiya oyunları davam edir. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, idmançılarımızla yanaşı bu Olimpiya oyunlarında güləş idman növü üzrə yarışların idarə olunmasında ölkəmizi Beynəlxalq dərəcəli hakim Asif Şirəliyev də təmsil edir.

Ötən gün  87 kq çəki dərəcəsində Bolqarıstan təmsilçisi Semyon Novikovla  İran İslam Respublikasının təmsilçisi Əlirza Məhəmmədpiani arasında keçirilən final qarşılaşmasının  idarə olunması həmyerlimiz Asif Şirəliyevə həvalə olunub.

Asif Şirəliyevin idarə etdiyi mübarizə bolqarıstanlı idmançının qələbəsi ilə başa çatıb.

Paris-2024: azərbaycanlı hakim final görüşünü idarə etdi - FOTOLAR
Paris-2024: azərbaycanlı hakim final görüşünü idarə etdi - FOTOLAR
Paris-2024: azərbaycanlı hakim final görüşünü idarə etdi - FOTOLAR