kursk 13

 “Son 24 saat ərzində Kursk vilayətinin sərhəddəki Sudja və Korenevsk rayonlarıda Ukrayna ordusunun irəliləməsinin qarşısı alınıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik ötən gecə sözügedən istiqamətdə şiddətli döyüşlərin olduğunu və adekvat cavab tədbirlərinin görüldüyünü açıqlayıb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikasının konsentrasiyasına hücumlar aviasiya, raket qüvvələri və artilleriya atəşi ilə həyata keçirilib. Nəticədə 400-dən çox hərbi qulluqçu öldürülüb, 32-dən artıq zirehli texnikası sıradan çıxarılıb.

Nazirlik Kurskda döyüşlər başladıqdan bu yana Ukrayna ordusunun 660-dan çox şəxsi heyət üzvünü itirdiyini bildirib.

Paylaş: