İranın qərbində 4,7 bal gücündə zəlzələ baş verib.
Globalinfo.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Hələ ki tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyədə də 4,2 bal gücündə zəlzələ olmuşdu.