Almaniyanın Tyurinqin federal ərazisinin baş naziri Bodo Ramelov Avropa ölkələrini Rusiya ilə “hücum etməmək və müştərək müdafiə cəmiyyəti formalaşdırmaq barədə” pakt imzalamağa çağırıb.
Globalinfo.az xəbər verir ki, o bu fikirləri “Funke” media qrupuna müsahibəsində deyib.
“Bu dövlətlər hücum etməmək və müdafiə cəmiyyətinin formalaşdırılması barədə pakt imzalamalıdırlar. Bu da Avropa qitəsində konfliktlərin həllinə yönəlməlidir”, – Ramelov bildirib.
Alman baş naziri NATO çərçivəsində ittifaqa qarşı olmadığını, amma Avropanın müdafiə məsələsinin yenidən təşkil olunması gərəkdiyini söyləyib:
“Almaniyaya milli müdafiəsi üçün ordu lazımdır. Ona görə də mən qətiyyətlə Bundesverin yaxşı təchiz olunmasının tərəfdarıyam. Amma yekunda biz yenə də Avropa haqqında bütöv şəkildə düşünməliyik və Rusiya da bunun tərkib hissəsi olmalıdır”.
Əliyar Xəlil
Gobalinfo.az