“Ermənistan tezliklə xüsusi xidmət orqanlarının döyüş meydanı olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan deyib.
“Rusiya sərhədçilərini “Zvartnots” aeroportundan çıxartdılar ki, Ermənistana hansı səviyyədə Qərb xüsusi xidmət orqanları əməkdaşlarının və hansı malların, xüsusi vasitələrin, eləcə də nüfuzlu simaların gəldiyini bilməsinlər. Buna görə də Ermənistan tezliklə minimum 10 xüsusi xidmət orqanının iştirakı ilə döyüş meydanı olacaq. Yeri gəlmişkən, onlardan bəziləri ilə bağlı Ermənistan strukturlarına kar, kor və lal olmaları üçün xəbərdarlıq edilib”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az