İran İsrailə qarşı hərəkətə keçdi və BMT-yə müraciət etdi

İran İsrailə qarşı hərəkətə keçdi və BMT-yə müraciət etdi

İsrailin Beyruta hücumu və İsmayıl Haniyənin öldürülməsi İranı hərəkətə keçirib.

Globalinfo.az xəbər verir ki, Tehran baş verənlərə görə, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib.

“Tehran İsrailin İranda və bölgədə törətdiyi təcavüz və terror hücumlarına cavab vermək üçün fövqəladə iclas keçirməyə çağırır”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası iyulun 31-də fövqəladə iclas keçirəcək.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

Müşviq Tofiqoğlu
Globalinfo.az