Düşməni öldü, Netanyahu böyük qələbə çaldı – KİV

Düşməni öldü, Netanyahu böyük qələbə çaldı - KİV

“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü Qəzzadakı müharibənin bütün Yaxın Şərqə yayılması mənasına gəlir”.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “The Wall Street Journal” yayıb.

Qəzet yazır ki, Haniyənin İranda ölümü bütün regionda gərginliyi artıracaq:

“Bu, bütün HƏMAS liderlərini öldürməyə and içmiş İsrailin Baş naziri Benyamin Netanyahunun böyük qələbəsi kimi qiymətləndiriləcək. Haniyə HƏMAS-ın baş siyasi lideri kimi qruplaşmanın çətin və gizli strukturunun tərkib hissəsi, rəhbərlikdə konsensusa əsaslanan qərar qəbul edən vacib sima idi. İndi onun ölümü ərəb ölkələri vasitəsilə İsraillə aparılan atəşkəs barədə danışıqları çətinləşdirəcək”.

Əliyar Xəlil
Globalinfo.az