“Macarıstan Rusiya ilə ayrıca birlik yaratmaq üçün Avropa İttifaqı və NATO-dan çıxmaq imkanlarını nəzərdən keçirməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirinin müavini Teofil Bartoşevski deyib.
“Həqiqətən başa düşmürəm ki, Macarıstan niyə sevmədiyi və guya ona qarşı pis münasibət bəsləyən təşkilatların (Aİ, NATO -red) üzvü kimi qalmaq istəyir?. Niyə Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə ittifaq yaratmır?”, – Barotoşevski bildirib.
Diplomat xatırladıb ki, Polşa Macarıstandan fərqli olaraq Rusiya ilə heç bir iş görmür və Orbanın siyasəti səbəbindən onun ölkəsi artıq beynəlxalq ictimaiyyətin kənarında qalıb.
Polşa diplomatının bu reaksiyasına Orban belə cavab verib:
“Aİ və Qərbin Moskvaya qarşı siyasəti məntiqsizdir. Çünki Rusiya böyük ərazilərinin olmasına baxmayaraq yaxşı idarə edilən bir ölkədir. Rusiyanın neostalinist avtokratiya kimi təsvir edilməsi reallığa uyğun gəlmir”, – Orban vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














