Ukraynadan Avropaya nəql edilən Rusiya qazının Azərbaycan qazı ilə əvəz edilməsinin riskləri var.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Financial Times” qəzeti çıxış edib.
Qəzet yazır ki, hələlik Azərbaycan qazının Ukraynaya nəqli ilə bağlı sxemin necə işləyəcəyi bəlli deyil.
“Strategiya XXI” təşkilatının rəhbəri Mixail Qonçar bu sxemin müəyyən riskləri olduğunu deyib. O, sxemin Azərbaycan qazı adı altında Avropaya rus qazını ixrac edə biləcəyini iddia edib. Onun sözlərinə görə, Kiyev buna göz yummaq niyyətindədir, çünki Rusiya yanacağını Moskvanın hücumlarından sığorta kimi görür.
Lakin Ukraynanın “Naftoqaz” şirkətini rəhbəri Aleksey Çernışov bununla razılaşmayıb. O deyib ki, Azərbaycan qazının tədarükü hələlik Ukraynanın nəzərdən keçirdiyi əsas alternativdir.
Çernışovun sözlərinə görə, bu plan əsasında Bakı Rusiyadan qaz idxal edəcək, sonra isə Avropaya Ukrayna boruları vasitəsilə öz qazını ixrac edəcək:
“Azərbaycanın təklifi daha sərfəlidir, çünki onların Avropaya göndərə biləcəkləri qaz hasilatları var. Başqa variantlarda AB treyderləri Rusiya qazı üçün kanal rolunu oynaya bilərlər”.
Hazırda Ukraynadan Avropaya kiçik həcmdə rus qazı idxal edilir ki, bu da AB-yə ümumi idxalatın 5%-ni təşkil edir. Azərbaycanın isə ehtiyac duyulan 14 milyard kub metrdən yalnız 2 milyardını tədarük edə biləcəyi deyilir.
Əliyar Xəlil