İran İslam Respublikasının dini lideri Əli Xamenei Məsud Pezeşkianı yeni prezident kimi təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Xamenei Pezeşkianın İran İslam Respublikasının 9-cu prezidenti elan edilməsi haqqında fərman imzalayıb.
Qeyd edək ki, Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da İran parlamentdə olacaq.