Narahatlıqla gözlənilən səfər baş tutdu: Putin müharibə üçün gəlib?

Rusiya Prezidenti Vladimir Putin Minskə səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Onun bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilə regionda təhlükəsizlik məsələləri barədə müzakirələr aparılacağı bildirilib.

Qeyd edək ki, Ukrayna mediası Putinin bu gün Belarusa səfər edəcəyini, rəsmi Minski müharibəyə cəlb etməyə çalışacağını yazmışdı. Ekspertlər isə bunun Üçüncü Dünya müharibəsinin ayaq səsləri olduğunu iddia edirlər.

Aqşin
Globalinfo.az