yagis

Azərbaycanın əksər rayonlarında yağıntılarda fasilə yaranıb.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, Şərur, Gədəbəy, Göygöl, Şəmkir, Oğuz, Ağstafa, Şəki, Zaqatala, Quba, Xaçmaz, Xınalıq, Yevlax, Kürdəmir, Göyçay, Lənkəran, Astara, Cəfərxan, Ağcabədi, İsmayıllı, Xaltanda isə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

O qeyd edib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda, Türyançayda, Qudiyalçayda, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda, Tərtərçayda, Bəsitçayda, Tutqunçayda, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda, Viləşçayda və Təngərüdçayda artım qeydə alınıb.

“Yağan leysan xarakterli yağıntılar nəticəsində Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan,Oğuz rayonu ərazisindən axan Əyriçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan sel keçir”.

G.Abbasova qeyd edib ki, Bakıda və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi əsir, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20 m/s-yə çatıb.

***

İyulun 28-i saat 16:00-a olan məlumata əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Xınalıq, Qrız, Şahdağ, Bərdə, Tərtər, Göyçay, Şirvan, Yevlax, Mingəçevir, İmişli, Yarımlı, Lerik, Lənkəran, Astarada arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Qeyd olunub ki, şimal-qərb küləyi güclənərək sarı xəbərdarlığa uyğun olaraq Hacıqabulda 15 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 21 m/s-yə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti olub.

***

Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 10:00-a olan məlumatına görə, öncədən xəbər verildiyi kimi bölgələrdə qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Zaqatalada 72 mm, Balakəndə 62 mm, Gədəbəydə 54 mm, Qaxda 39 mm, Göygöldə 33 mm, Şəkidə 31 mm, Yardımlı, Xınalıqda 21 mm, Tovuzda 20 mm, Qrızda 19 mm, Gəncədə 18 mm, Lerik, Şəmkirdə 17 mm, Lənkəranda 15 mm, Şahdağda 14 mm, Daşkəsəndə 13 mm, Qusar, Ceyrançöl, Oğuz, Ağstafa, Astara, Naftalan, Mingəçevir, Quba, Qəbələ, Yevlax, Goranboy, Xaçmaz, Göyçay, Tovuz, Tərtər, Bərdədə 11 mm-dək təşkil edib.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Şirvanda 16 m/s, Cəlilabadda 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib.

Paylaş: