3SRRBy9OLP9noYay9wabVymKpWdH4l8lmhtEf9vb

Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iyulun 22-də baş tutacaq iclasının gündəliyinə daxil olan məsələlər arasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avronun ayrılması və viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqla bağlı məsələlər də yer alacaq.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Avropa Sülh Fondu tərəfindən verilən yardım Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.

Qeyd edilib ki, Avropa İttifaqı üçün fövqəladə hallarda mülki əhalinin müdafiəsi prioritetdir, bu yardım da analoji məqsəd üçün xərclənəcək.

Planlaşdırılan yardım heç bir halda öldürücü silahların alınmasına yönəlməyəcək və Aİ-nin hərbi gücü olmadığı üçün birgə hərbi təlimləri əhatə etməyəcək.

Həmçinin gözlənilir ki, Aİ-yə üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin görüşündə viza rejiminin liberallaşdırılması məsələsi üzrə Avropa Komissiyası-Ermənistan dialoqunun başlanması təsdiqlənəcək. Dialoq başladıqdan sonra onun aparılması üçün əsas vasitə Ermənistan hakimiyyətinə təqdim olunacaq viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planı olacaq.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: