“Bizim gənc ekologiya elçilərimiz var. Onlar nəinki Bakıda, həm də digər rayonlarımızda müxtəlif tədbirlər keçiriblər”.
Bu sözləri Globalinfo.az-a gənclər və idman naziri Fərid Qayıbov COP29 tədbiri zamanı sualları cavablandırarkən deyib.
O, bu günə kimi tədbirlərin çox olduğunu bildirib:
“Bu ilin əvvəlində beynəlxalq tədbir də keçirmişik. Bir çox ölkələrdən gənclər qatılmışdı tədbirimizə. Ümumiyyətlə, müxtəlif beynəlxalq təşkilarlarla gənclər üçün tədbirlər keçiririk. Burada da “Green zone”da pavilyonumuz var və gənclərimiz üçün orada hər gün tematik tədbirlər keçiriləcək.
Ayın 16-da isə “Qarabağ” FK ilə birlikdə müxtəlif Avropa futbol klubları olmaqla tədbirlərin keçirilməsi nəzərdə tutulub”.
Zaira Akifqızı