NATO Şanxay Əməkdaşlıq Təşkilatının artan hərbi, iqtisadi potensialı və ambisiyalarına böyük diqqət ayırmalıdır.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Avropadakı qoşunlarının keçmiş rəhbəri Ceyms Stavridis deyib.
Onun sözlərinə görə, təşkilat hələlik NATO-nun birbaşa rəqibi deyil, amma zamanla ola bilər:
“Birincisi, ŞƏT Rusiya və Çinin özlərinin avtokratik sistemlərinin yayılması və legitimləşdirilməsi üçün stabil platforma olur. İkincisi isə Yaxın Şərqin dominant oyunçusu (Səudiyyə Ərəbistanı) və NATO-nun ikinci ən böyük ordusunu (Türkiyə) Çin və Rusiyanın orbitinə düşməyə imkan vermək fəlakət ola bilər”.
Qeyd edək ki, bundan öncə Azərbaycan da ŞƏT-ə üzv olmaq niyyətində olduğunu deyib.
Əliyar Xəlil
Globalinfo.az














