İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə görüşəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tayms of Israel” mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, görüş B.Netanyahunun iyulun 22-də Vaşinqtona səfəri zamanı baş tutacaq. Görüşün Ağ Evdə keçirilməsi planlaşdırılır.