HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında onun Tehrandakı iqamətgahına raket zərbəsi endirilib.
HƏMAS İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.