393410952 711175577706609 3216484858353251211 n.thumb

Avropa Birliyi ölkələrinin səfirliklərinin Ermənistan vətəndaşlarına Şengen vizası verməsi çətinləşib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

Qəzet yazır ki, ermənilər istənilən Qərb səfirliyi qarşısında aylarla növbə gözləyirlər:

“Məsələn, bu günlərdə Almaniya Səfirliyi 2023-cü ilin dekabrından növbə gözləyənlərin sırasının vaxtı çatıb. Səfirliyin növbəsində onlarla sənəd mövcuddur”.

Qəzet eyni vəziyyətin digər səfirlik qarşısında da müşahidə olunduğunu bildirib.

Qeyd edək ki, Qafqaz regionunda ən çox Şengen vizası üçün müraciət edənlər sırasında ermənilər də yer alır. Azərbaycanlılar siyahıda sonuncu pillədə olsa da viza ilə bağlı rədd cavabı verilməsində ən yaxşı nəticə onlardadır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: