Eli Serdar Fedavi

“Biz Qafqaz regionunda Azərbaycana şiə dövləti kimi baxırıq. Azərbaycan İrandan sonra ən böyük şiə dövlətidir”.

Globalinfo.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun komandanının müavini general Əli Fədavi deyib.

“Qacar xanədanının məsuliyyətsizliyi ucbatından bu region İrandan ayrılıb. Şiə xalqı 70 il kommunizmin təsiri altında özünün ilkin şiə baxışlarını itirib. Təbii ki, bizim azərbaycanlılarla problemimiz yoxdur, əksinə unikal ümumi ortaqlığımız mövcuddur”, – o bildirib.

Fədavi həmçinin ölkələr arasındakı sərhəd mübahisəsini regionda coğrafi dəyişikliklərə gətirib çıxarmaması gərəkdiyini söyləyib.

Qeyd edək ki, İran adlanan coğrafiya azı min il türklərin idarəsi altında olub. Bu ərazidə əsrlərlə Azərbaycan xalqının tarixi şəxsiyyətləri, dövlətləri hökmranlıq edib. Əli Fədavinin adını çəkdiyi Qacarlar xanədanı da türk sülaləsi olub.

İlkin
Globalinfo.az

Paylaş: