6689a34c4a5106689a34c4a51117202962686689a34c4a50e6689a34c4a50f

Ermənistanın paytaxtı İrəvanda Su Elektrik Stansiyasında yanğın baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyana istinadən məlumat yayıb.

Yanğının söndürülməsinə Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin 7 döyüş briqadası cəlb olunub.

Bildirilib ki, hazırda yanğın söndürülüb, bərpa işləri aparılır

Paylaş: