“2026-cü ili hələ yarılayırıq, 6 ay vaxt keçib, lakin artıq orduda 20 əsgər ölüb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Təhlükəsizlik və Demokratiya” hüquq müdafiə təşkilatının rəhbəri Naira Zöhrabyan deyib.
O, əsgərlərin əksəriyyətinin qeyri döyüş şərəitində ölməsinin normal olmadığını bildirib:
“Maraqlıdır ki, ölənlərin əksəriyyəti qeyri-döyüş şəraitində həyatını itirib. Məişət hadisələri, intiharlar, qəzalar, mübahisələr nəticəsində ölüblər. 2013-14-cü illərdə il ərzində cəmi 4 nəfər ölmüşdü. O zaman Nikol Paşinyan vəziyyətin pis olmasından şikayətlənirdi. İndi isə daha pisdir. Bu necə bir ordudur ki, orada intiharlar, mübahisələr var? İntihar etdiyi deyilən şəxslərin valideynləri, yaxınları bunun doğru olmadığını deyirlər. Hələ orduda qumar məsələsi də var, ölümlərin səbəblərindən biri də budur”.
Ayşən Mustafa
Globalinfo.az













