Ermənistan yaxın günlərdə ABŞ-la imzalanmış kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq məqsədi daşıyan sazişin müddətini uzadıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Müqavilənin 2000-ci ildə imzalandığı, son qərarla müddətin daha 7 il uzadıldığı bildirilir.
Məlumata görə, sazişin qüvvədə qalması üçün son tarix 23 noyabr 2023-cü ildir. Lakin hökumətin qərarına əsasən, müqavilə 2030-cu ilin 24 noyabr tarixinə kimi qüvvədə olacaq.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə hökumətin iclası keçirilb. Sessiyanın gündəliyinə 53 məsələ daxil edilib ki, onlardan 5-i haqda məlumat verilmir, daha iki məsələ isə məxfi xarakter daşıyır.
Zaira Akifqızı
Globalinfo.az