2021 07 16 11 08 39WHSORXaqPyAIQmkDA66l file

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bu gün cəsədi tapılan əsgərin ölümü ilə bağlı detallar məlum olub.

Globalinfo.az xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb.

Ölən əsgər Sarkis Artur Xaçatryanın 20 yaşı olduğu bildirilir.

Hadisənin Müdafiə Nazirliyinin Vardenisdə (Arazdəyən) baş verdiyi qeyd edilir.

Daha bir məlumata görə isə 20 yaşlı Xaçatryanın özünə qəsd etdiyi iddia edilir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: