Azərbaycan sərhədində təxribat əməli – Nəyə hazırlıq gedir?

“Yaxın zamanlarda Qeqarkunik vilayətinin sakinlərinə özlərini müdafiə etmələri üçün silah paylanacaq”.

Globalinfo.az xəbər verir ki, bunu vilayətin qubernatoru Karen Sərkisyan Ermənistan parlamentindəki çıxışında deyib.

“Qəsəbələrdə onların özlərini müdafiə edə biləcəyi mühit yaradılacaq”, – qubernator bildirib.

Qeyd edək ki, Qeqarkunik vilayəti Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə, Kəlbəcər istiqamətində yerləşir.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi bir vaxtda İrəvanın belə bir addım atması birmənalı qarşılanmayıb.

Ayşən Mustafa
Globalinfo.az