“Vətən naminə Tavuş” hərəkatının aktivliyinin azaldığı hamıya çoxdan bəllidir. Mən burada heç bir qeyri-müəyyənlik görmürəm”.
Globalinfo.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasının deputatı Vaaqn Aleksanyan deyib.
“Aydındır ki, bu hərəkat tamamilə sönüb. Artıq vəziyyət o yerə çatıb ki, uğursuzluğa görə hamı bir-birini günahlandırır. Bu, artıq istənilən müxalifət hərəkatının sonunun sübutudur. Heç bir iş görməyən hərəkat tətilə gedir və sentyabrda fəallaşacağını bəyan edir. Vətən onların məzuniyyətdən qayıdacağını gözləyəcək?”, – deyə Aleksanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az