667859790536a7eef2f43b34

Dərbənd küçələrində yenidən atışma başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda bildirilib ki, regional hüquq-mühafizə orqanları şəhərdə qara rəngli “Lada Vesta” axtardıqlarını bildiriblər.

Qeyd edilir ki, Mahaçqalada Mirzəbəyov küçəsində atışma səsləri eşidilir.

Mahaçqalada atışmanın daha da intensivləşdiyi bildirilir.

Qeyd edək ki, Dərbənd və Mahaçqalada kilsə və sinaqoqa hücum edilib. Hücum nəticəsində rəsmi məlumata görə, 6 polis ölüb, 12-si yaralanıb. Silahlılardan ən azı 2-nin öldürüldüyü bildirilir.

Eyni zamanda Dərbənddə keşişin boğazı kəsilərək qətlə yetirilib, Mahaçqalada isə mühafizəçi öldürülüb.

Dağıstanda polis əməkdaşlarına hücumdan sonra əməliyyat qərargahı yaradılıb.

İstintaq Komitəsi terror aktı barəsində (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi) cinayət işi açıb.

Paylaş: