Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı

Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, Kanadanın ictimai təhlükəsizlik naziri Dominik Leblan jurnalistlərə açıqlamasında SEPAH-ın terror təşkilatı siyahısına salındığını bildirib.

“Hökumətimiz İslam İnqilabı Keşikçiləri Korpusunu cinayət məcəlləsinə uyğun olaraq terror təşkilatları siyahısına salmaq qərarına gəlib. Ölkə hakimiyyəti bu qərarı nəzərə alaraq SEPAH-a qarşı bütün mümkün vasitələrdən istifadə edəcək”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, SEPAH yalnız ABŞ-da terror təşkilatı kimi tanınır. Bu qərarı 2019-cu ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp verib. Buna cavab olaraq İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ Silahlı Qüvvələrini terror təşkilatı kimi tanıyıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az