tebriz ildirim

Balakən rayonunda fərdi evi ildırım vurub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, qeyri-adi təbiət hadisəsi rayonun Xalatala kəndində baş verib.

Belə ki, ildırım kənd sakini Ruslan Maçanova məxsus evə düşərək onun elektrik sistemini sıradan çıxarıb, 140 kvadratmetrlik evin yataq və vanna otaqlarına ciddi zərər dəyib. İldırım topu divarı dağıdaraq evdən çıxıb və yaxınlıqdakı ağaca dəyib. Nəticədə ev sahibi təxminən 7-10 min manat civarında maddi ziyana düşüb.

Evdə qısamüddətli yanğın baş versə də, ev sahibəsinin çevikliyi nəticəsində yanmağının qarşısı alınıb. Hadisə zamanı ailə üzvləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Aidiyyəti qurumlar evə baxış keçirib, hadisənin necə və hansı şəraitdə baş verdiyi araşdırılır.

 

c685c9aa e7fb 3cf9 915f 177b05c752c7 850 e1718382124938 eb9fe7de 8191 3b4b 9008 f3807f313401 e654b2c0 deed 34b7 b421 0ffbeb9ae0c8 a807876c 702e 3f23 aa31 1e5edecfa0db c685c9aa e7fb 3cf9 915f 177b05c752c7 850 e1718382124938 768x352 1

Paylaş: