Tramp foto

2016-cı ildə Hillari Klinton prezident seçkisində qalib gəlsəydi, o zaman ABŞ nüvə konfliktinə cəlb ediləcəkdi.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın eks-prezidenti Donald Tramp deyib.

“Hillari Klinton Ağ Evdə otursaydı, biz indi Şimali Koreya ilə nüvə müharibəsi aparırdıq”, – o bildirib.

Tramp deyib ki, prezidentliyi dönəmində Şimali Koreya lideri ilə yaxşı münasibətlər qura bilib.

Qeyd edək ki, Klinton 2009-2013-cü illərdə ABŞ dövlət katibi olub. Məhz onun dönəmində sonradan Yaxın Şərq ölkələri üçün böyük bəlalara səbəb olmuş “Ərəb baharı” gerçəkləşib. Klinton 2016-cı ildə seçkidə Trampın əsas rəqibi olsa da məğlub olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: