“Fransa Ukraynaya təlimatçıları göndərmək üçün koalisiyanın yaradılması işini tamamlayır”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Biz yaxın günlərdə Ukraynanın tələblərini yerinə yetirmək üçün ən böyük koalisiyanın yaradılması prosesini başa çatdıracağıq. Biz koalisiya yaratmaq istəyirik və bir neçə partnyorumuz artıq öz razılığını verib”, – Makron vurğulayıb.
Qeyd edək ki, bir gün əvvəl Fransa mətbuatına müsahibə verən Makron bildirib ki, Kiyev Qərb müttəfiqlərindən orduya təlim keçmək üçün hərbi təlimatçılar göndərməyi xahiş edib.
“Ukrayna prezidenti və onun müdafiə naziri 48 saat əvvəl rəsmi məktubla bütün müttəfiqlərindən xahiş edib. Bildirib ki, Ukrayna ordusunun təlimçilərə ehtiyacı var. Təlimlər isə Ukrayna ərazisində keçirilməlidir”, – Fransa prezidenti bildirib.
Müşviq Tofiqoğlu
Globalinfo.az