ABŞ-dan İrəvana təcili səfər – Qarabağ…

ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Bono yenidən İrəvana gəlib.

Globalinfo.az xəbər verir ki, o, İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüş zamanı Bono ABŞ administrasiyasının regionda stabillik və təhlükəsizliyin təmianatında səylərinin vacib olduğunu bildirib.

Görüşdə tərəflər Qarabağ, Bakı ilə Xankəndi erməniləri arasında dialoq üzrə mexanizmin yaradılmasını, Ermənistan-Azərbaycan arasında münasibətlər və nəqliyyat infrastrukturunun açılmasını müzakirə ediblər.

Qeyd edək ki, Bono keçən həftə Bakı və İrəvana səfər etmişdi.

İlkin Həsənov
Globalinfo.az