Bakıda güclü yanğın – VİDEO

Bakıda güclü yanğın - VİDEO

Bakının Binəqədi rayonunda yerləşən kafelərdən birində baş verən yanğın söndürülüb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 100 kvadratmetr olan taxta konstuksiyalardan ibarət kafenin yanar konstruksiyaları 55 kvadratmetr sahədə və içərisində bir ədəd televizor yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 30 kvadratmetr sahədə və bir ədəd su qızıdırıcısı əriyib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakının Binəqədi rayonunda Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən “Tural” kafesində güclü yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.

Həmin görüntüləri təqdim edirik: