Ermənistan regionda sülhün bərqərar olmasına sadiqdir – Simonyan

Ermənistan regionda sülhün bərqərar olmasına sadiqdir - Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti ilə sloveniyalı həmkarları arasında görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, Ermənistan və Sloveniya parlamentariləri Cənubi Qafqaz və Avropada təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Ermənistan nümayəndə heyəti rəsmi İrəvanın regionda sülhün bərqərar olmasına sadiqliyini təsdiqləyib.

Sloveniya tərəfi isə beynəlxalq platformalarda Ermənistan-Azərbaycan münasibətlərinin həlli məsələsində dəstək göstərməyə hazır olduğunu bəyan edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az