Almaniyadakı Ramştayn bazası Rusiya ilə müharibə halında NATO-nun ən zəif yeri olacaq.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “AgoraVox” portalı çıxış edib.
“NATO və Rusiya arasındakı qarşıdurma göstərdi ki, NATO ordularının Rusiya ilə müqayisədə çoxlu zəif nöqtələri var. Lakin bunlardan ən təhlükəlisi Almaniyadakı Ramştayn bazasıdır” – məqalədə bildirilib.
Qeyd edilib ki, Qərb ölkələrinin Kiyevi eskalasiyaya sövq etməsi bu konflikti ABŞ-Avropa və Rusiya arasında genişmiqyaslı müharibəyə çevirə bilər.
Xatırladaq ki, bundan öncə 10-dan çox Qərb ölkəsi Ukraynaya öz silahlarından Rusiya ərazisini vurmaq icazəsi verib. Rusiya isə cavabında bildirib ki, bu, dəhşətli nəticələrə gətirib çıxaracaq.
Əliyar Xəlil
Globalinfo.az