Peskov Putin və Paşinyanın görüşünü şərh etdi

“Bu gün axşam Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Kreml sözçüsü bu görüşün keçirilməsinin zəruri olduğunu bildirib.

“Görüşdən öncə Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin sammiti keçiriləcək, sonda yekun sənədlər imzalanacaq”, – Peskov deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 9 May Qələbə Günü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya və Cənubi Osetiya liderlərinə təbrik məktubu göndərib.

Ayşən Mustafa
Globalinfo.az