Biləsuvar rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə ittiham olunan “Kanal-1” internet televiziyasının rəhbəri Arzu Orucov həbs edilib.
Globalinfo.az xəbər verir ki, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunan 1984-cü il təvəllüdlü A.Orucov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.
Müvafiq qərarla A.Orucov barəsində həbs qərarı qəbul edilib.
Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
A.Orucovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Məlumatı DİN Mətbuat Xidmətindən APA-ya təsdiqləyiblər.














