Şəkidə partlayış oldu: yaralılar var

Şəkidə partlayış oldu: yaralılar var

Şəki rayonunda yaşayış evində partlayış baş verib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə Baş Göynük kəndində qeydə alınıb.

Belə ki, partlayış zamanı iki nəfər – 1946-cı il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı yanıq xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.