1710356741 1604 large

Ermənistan Avropa İttifaqından kömək istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan məlumat verib.

O bildirib ki, Ermənistanın şimalında baş verən dağıdıcı daşqınlardan sonra hökumət Avropa Komissiyasından Aİ-nin mülki müdafiə mexanizmini işə salmağı xahiş edib.

Məlumat üçün bildirək ki, Ermənistanın Lori və Tavuş vilayətlərində baş verən təbii fəlakət nəticəsində 4 nəfər ölüb, infrastruktura böyük ziyan dəyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: