Bakıda kafedə qadın kişini bıçaqlayıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə noyabrın 4-də paytaxtın Nərimanov rayonu, R.Əliyev küçəsi 5 saylı ünvanda yerləşən “Kafe 21”də qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü İbrahimli Nigar Elçin qızı mübahisə zəminində 1990-cı il təvəllüdlü Hüseynli Şamil Zahir oğluna bıçaqla xəsarət yetirib.
Faktla bağlı Nərimanov RPİ-də CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.