ermenistan aksiya

İndiyədək İrəvandakı etiraz aksiyasında saxlanılanların sayı 284 nəfərə çatıb.

Globalinfo.az bildirir ki, bu barədə “news.am” məlumat yayıb. Bildirilib ki, onların 273 nəfəri cərimə olunaraq azadlığa buraxılıb.

Hazırda 11 nəfərin işinə məhkəmədə inzibati qaydada baxılır. Ermənistanın Daxili İşlər Nazirliyi paytaxt küçələrində nəqliyyatın hərəkətinin bərpa edildiyini açıqlayıb.

***12:37

İrəvanda saxlanılan etirazçıların sayı 240 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, onlar Ermənistan İnzibati Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə saxlanılıblar.

***11:03

İrəvandakı etiraz aksiyasında saxlanılanların sayı 226 nəfərə çatıb.

Globalinfo.az bildirir ki, bunu İrəvan Polisinin rəisi Zarzand Qabrielyan bildirib.

O deyib ki, təcridxanaya aparılanlar arasında “Daşnaksütyun” partiyasından olan deputat Aşot Simonyan da var.

***10:14

Ermənistanda keçirilən aksiyalar zamanı saxlanılanların sayı 137 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

***09:08

Ermənistanda keçirilən itaətsizlik aksiyasında 67 nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

***08:48

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, aksiya İştirakçıları Ermənistanda İrana gedən yolu bağlayıblar.

Paylaş: