Sankt-Peterburqda Hərbi Rabitə Akademiyasının ərazisində partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Leninqrad Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Hərbi Rabitə Akademiyasının ərazisində Böyük Vətən Müharibəsindən qalan sursatların partlaması nəticəsində 7 hərbçi yaralanıb.
Yaralılar Rusiya Müdafiə Nazirliyinin tibb müəssisəsinə aparılıb və onlara tibbi yardım göstərilib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














