Türkiyədə 6-8 oktyabr 2014-cü ildə baş verən iğtişaşlarla bağlı keçirilən məhkəmə prosesində Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədrləri – Səlahəddin Dəmirdaş ümumən 42 il, Figen Yüksəkdağ isə 30 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Globalinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, partiya mənsubu Əhməd Türk və keçmiş deputat Əminə Aynaya isə hər birinə 10 il həbs cəzası verilib.
Bildirilib ki, S.Dəmirdaş 47 cinayət işi üzrə təqsirli bilinib.
Altan Tan, Ayhan Bilgen və Aysel Tuğluk isə bəraət alıblar.
Qeyd edək ki, 2014-cü ildə Kobani hadisələri zamanı Diyarbəkirdə 31 nəfər, o cümlədən iki polis əməkdaşı ölüb, 460 insan yaralanıb. Bu işlə əlaqədar 2019-cu ildə Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş həbs edilib.