“Çox açıq şəkildə qeyd etmək lazımdır ki, Ermənistan hökumətinin Tavuş vilayətinin (?) 4 kəndi ilə bağlı heç vaxt ambisiyaları olmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bizim siyasi mövqeyimiz ondan ibarətdir ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən başqa heç bir iddiası yoxdur. Qızılhacılı kəndi bu gün 100 faiz Azərbaycanın nəzarəti altındadır”.
Paşinyan bildirib ki, hökumət üçün Ermənistan sərhədinin harada olduğunu dəqiqləşdirmək çox vacibdir.
Qeyd edək ki, Paşinyan 4 kəndi Tavuş vilayətinə aid etməklə təhrifə yol verir. Belə ki sözügedən kəndlər və digər 3 anklav Qazax rayonuna daxildir. İrəvan 4 kəndi qaytarmağa hazır olduğunu bildirsə də, “yerli əhali”nin buna qarşı olması ilə bağlı fikir yaradır və prosesi uzadır.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın Azərbaycanla sərhəddə qoşun yığması görüntüləri yayılıb.
Əliyar Xəlil
Globalinfo.az