Ermənistanın “artsax”a irimiqyaslı hücumu başlayır – İlk iki hədəf

Qondarma “dqr” rəsmən bitdi, lakin indi əsas məsələ bu ideyanın Ermənistanda dəfn edilməsi üçün ciddi proseslərə başlanılmasıdır.

Rəsmi İrəvan “artsax”ı ermənilərin beynindən silmək üçün hansı istiqamətlərdə və nə kimi iş aparmalıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, qondarma “dqr”in bitməsi və özünü ləğv etməsi danılmaz gerçəklikdir:

“Onun taleyinin bu cür nəticələnməsində Ermənistan rəhbərlərinin də müəyyən rolu olub. Lakin əsas rolu Azərbaycan və onun şanlı ordusu oynadı. Eləcə də Nikol Paşinyan hökumətinin apardığı Qərbyönümlü siyasətin də təsirləri danılmazdır. ABŞ və müəyyən Qərb dairələri Ermənistanı inandırmışdı ki, onların gələcəyi qondarma “artsax”la bir arada ola bilməz. Ermənistan öz mövcudluğunu saxlamaq üçün qondarma rejimdən imtina etməli idi”.

F.Ələkbərli Ermənistanın növbəti mərhələdə “artsax”la bağlı əməliyyatlara başlayacağını elan edib:

“Rəsmi İrəvan “artsax”ı hər sahədən silməyə çalışacaq. Onu unutdurmaq, tarixin arxivinə gömmək üçün Paşinyan hakimiyyəti əlindən gələni edir və etməyə də məcburdur. Xüsusən televiziya və dərsliklərdə keçmiş qondarma qurumla bağlı təbliğatın dayandırılması gözlənilir. Bir sözlə, Ermənistanda gələcək nəslin beynində “dqr” tarixin qara ləkəsi kimi qala bilər. Ermənistanın bu istiqamətdə “dqr” “liderlərini” və “nümayəndələrini” cəzalandırması istisna deyil.

İrəvan hazırda 29.8 min kvadrat km ərazisini əlində saxlamaq üçün hər cür addımı atacaq “.

Safura Bənnayeva
Globalinfo.az