6606e2a8daf976606e2a8daf981711727272e0b6ab4e44746a99b788b5e7aaf69423

Naxçıvanda yolu kəsən qaya parçası partladılıb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci km-lik hissəsində qaya uçqunu tamamilə aradan qaldırılıb.

Bir neçə gün əvvəl baş verən uçqun zamanı yolun hərəkət hissəsinə qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub.

Bu gün qaya parçası partladılıb, yolun tam olaraq təmizlənməsi təmin olunub.

Paylaş: