Belçika millisinin dünya çempionatında Mərakeşə məğlub olmasından sonra paytaxt Brüsseldə iğtişaş törədilib.
Globalinfo.az bildirir ki, bu barədə “Belga” agentliyi məlumat yayıb.
Bildirilir ki, məğlubiyyətə etiraz edən azarkeşlər avtomobilləri zədələyib, binalara ziyan vurublar. Etirazları yatırmaq üçün paytaxta əlavə qüvvələr cəlb olunub.
Qeyd edək ki, bu gün dünya çempionatında Belçika komandası Mərakeşə 0:2 hesabı ilə uduzub.